Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə TPF arasında Niyyət Protokolu imzalandı FOTOLAR

24.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bursa şəhərində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) ilə Türkiye Perakendeciler Federasyonu (TPF) arasında əməkdaşlıq niyyətini əks etdirən protokol imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədin məqsədi, iki ölkə arasında pərakəndə ticarət sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, standartların və dayanıqlılıq prinsiplərinin inkişafına dəstək verməkdir.

Protokol çərçivəsində tərəflər, pərakəndə və ərzaq təhlükəsizliyi standartları, rəqəmsal transformasiya, istehlakçı hüquqlarının qorunması və ixtisaslı işçi qüvvəsinin hazırlanması kimi sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaq.

TŞİİB bu addımı Azərbaycan pərakəndə sektorunun beynəlxalq təcrübəyə inteqrasiyası istiqamətində atılmış əhəmiyyətli bir addım kimi dəyərləndirir.

Protokol, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və pərakəndə ticarətin modernləşməsinə töhfə verməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью