Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Amerikalı tennisçi Lerner Tien Ər-Riyadda keçiriləcək “Altı Kral Dəbilqəsi” (Six Kings Slam) nümayiş turnirində dünyanın birinci raketkası Yannik Sinneri əvəz edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əyləncə üzrə Baş İdarəsinin sədri Turki Əl əş-Şeyx məlumat verib.
Dünya reytinqində 17-ci pillədə qərarlaşan Tien mübarizəyə dörddəbir finaldan başlayacaq. O, bu mərhələdə ATP reytinqinin 9-cu pilləsində yer alan avstraliyalı Aleks de Minora qarşı oynayacaq.
Daha əvvəl Sinneri əvəz edə biləcək mümkün namizədlər arasında rusiyalı Daniil Medvedev, amerikalı Ben Şelton və fransalı Artur Fisin adı çəkilirdi.
Dünyanın birinci raketkası dizindən aldığı zədə səbəbindən turnirdə iştirakdan imtina edib və mövsümün qalan hissəsini buraxacaq.