Tiflis ukraynalılar üçün vizasız rejimin müddətini azaltdı

03.04.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Ukrayna vətəndaşları artıq Gürcüstanda üç il deyil, cəmi bir il vizasız qala biləcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Mtavari” nəşri məlumat yayıb.

Məlumata görə, qərar ölkə hökuməti tərəfindən qəbul edib və Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb.

Sənədə əsasən, 24 fevral 2025-ci il tarixinə qədər Gürcüstana daxil olan və qalan ukraynalılar 24 fevral 2026-cı ilə qədər ölkədə vizasız qalmaq hüququna malik olacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью