Tiflis və Vaşinqton yeni tərəfdaşlıq forması axtarır Boçorişvili

26.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Tiflis və Vaşinqton mövcud strateji tərəfdaşlıqlarını yeniləmək və ya ikitərəfli əməkdaşlığın yeni bir formasını yaratmaq barədə müzakirələr aparırlar.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili yerli mediaya müsahibəsində deyib.

"Biz ABŞ ilə strateji tərəfdaşlıq forması axtarırıq. Əgər mövcud strateji tərəfdaşlığı bərpa etmək istəmiriksə, yeni bir forma haqqında danışa bilərik", - Boçorişvili bildirib.

Nazir xatırladıb ki, Donald Tramp hakimiyyətə gələndən bəri ABŞ hökumətinin Gürcüstana qarşı ritorikası Co Baydenin prezidentliyi ilə müqayisədə dəyişib.

Qeyd edək ki, Tiflisin Vaşinqtonla münasibətləri 2024-cü ildə Gürcüstanın xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra pisləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью