Tiflisdə atışma: yaralılar var KONKRET

23.07.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın paytaxtı Tiflisdə atışma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində üç gənc yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin yüngül olduğu, bir nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hazırda hadisə yerində polis əməkdaşları və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır.

Qeyd olunur ki, bundan təxminən 3 saat əvvəl Gürcüstanın Batumi şəhərində də atışma baş verib. Hadisələr arasında əlaqənin olub-olmadığı hələlik məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью