Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstan paytaxtında rusiyapərəst hakimiyyətə qarşı etiraz kampaniyasının iştirakçıları Yeni ili parlament binası qarşısında qurduqları bayram süfrələrində qarşılayıblar.
Moderator.az-ın "Kavkazskiy uzel" nəşrinə istinadla verdiyi xəbərə görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisidə hər gün keçirilən etiraz aksiyalarında özünüifadə hüququ olan minə qədər insan toplaşır və onların qarşısını almağın mənası yoxdur.
Dekabrın 29-da Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası başa çatdıqdan sonra polis əməkdaşları güc tətbiq edərək 6 nəfəri saxlayıblar.
Həbslər aksiya iştirakçılarının avtomobillərin hərəkətinə mane olması bəhanəsi ilə başlayıb.
Etiraz kampaniyasının iştirakçıları Rustaveli prospektində toplaşıblar, "Tbilisi life" teleqram kanalı xəbər verir.
Onlar nəqliyyatın hərəkəti üçün bağlı olan prospektdə uzun süfrə açıb, evdən gətirilən müxtəlif yeməklərlə qonaq olublar.
İnsanlar şirniyyat gətirir, bir-birini təbrik edirdilər. "Paper Kartuli" teleqram kanalı xəbər verir ki, bu, Avropaya inteqrasiyanın dayandı