Tiflisdə gərginlik artdı: Parlamentin şüşələri sındırıldı

30.11.2024

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tiflisdə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasının şüşələrini daşla sındırıblar.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, xüsusən də etirazçılar daş və digər əşyalarla qanunverici orqanın binasının onlarla pəncərə şüşəsini qırıblar”, - məlumatda deyilir.

Nazirlik bildirib ki, bəzi mitinq iştirakçılarında pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalar olub.

“Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, - deyə DİN əlavə edib.

Bu arada, parlament binasını qorumaq üçün əraziyə xüsusi təyinatlılar yeridilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью