Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Tiflisin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası davam edir.
Axar.az gürcü mediasına istinadla xəbər verir ki, aksiyaya minlərlə şəxsin qatıldığı məlum olub.
Mitinq iştirakçıları Gürcü Arzusunun bugünkü – AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildirirlər. Onların fikrincə, Gürcüstanın Avropa seçimi xilas edilməlidir.
Gürcüstan mətbuatı aksiyaya Gürcüstan Prezidenti Salome Zurabişvilinin də qoşulduğunu yazıb.