Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstanın paytaxtı Tiflisin Nadzaladevi rayonunda güclü yağış nəticəsində torpaq sürüşməsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Sanerge küçəsində qeydə alınıb.
Torpaq sürüşməsi nəticəsində yaşayış binalarından birinin divarına ziyan dəyib.
Məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb.