Tiflisdə iğtişaşlar: onlarla etirazçı həbs edildi

01.12.2024

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Gürcüstanın paytaxtı Tiflisdə baş verən etiraz aksiyaları zamanı polis 50 nəfəri həbs edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı Gürcüstan DİN-ə istinadən bildirib.

Saxlanılanlar polisə tabe olmamaq və xuliqanlıq etməkdə ittiham olunurlar.

Qeyd edək ki, aksiya zamanı parlamentin pəncərəsinin şüşələri sındırılıb, binada yanğın baş verib.

Hadisə yerindən görüntüləri təqdim edirik.

Zaur, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью