Tiflisdə minlərlə insan Avropa İttifaqının bayraqları ilə yürüşə çıxdı

28.11.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Tiflisdə müxalifətin tərəfdarları ölkənin Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dondurulması qərarının ildönümündə küçələrə axışıb.

Bakupost.az xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan, Avropa İttifaqı, Ukrayna və Almaniya bayraqları ilə Rustaveli prospekti boyunca parlament binasına doğru yürüş edirlər.

Etirazçılar hökuməti Avropaya inteqrasiya prosesindən uzaqlaşmaqda günahlandırır və qərarın ləğvini tələb edirlər. Aksiyanın Tiflisdə geniş ictimai dəstək topladığı bildirilir.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью