Tiflisdə mitinqin mərkəzində “yolka” quraşdıırıldı Gecə...

08.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 8-də səhər saatlarında Tbilisi meriyası Gürcüstanda parlament seçkilərinin nəticələrinə etirazların keçirildiyi Rustaveli prospektində yeni il ağacının quraşdırılmasına başlayıb.

“Cebheinfo.az” bu barədə “Novosti-Georgia”-ya istinadən xəbər verir.

“Yolka”nın  quraşdırılmasına gecə saat üçdən sonra etirazçılar dağılışanda başlanıb.

Etirazların parlament binası yaxınlığındakı Yeni il ağacı quraşdırılan ərazidə necə keçiriləcəyi hələ də bəlli deyil. “Yolka”nın ən kiçik zədələnməsi hakimiyyətin etirazçıların uşaqları bayramdan məhrum etdiyini bəyan etməsinə səbəb olacaq”, - deyə yerli media yazır.

Bu gün yerli vaxtla saat 15:00-da Respublika meydanında etiraz aksiyasının toplanacağı elan edilib.

Qeyd olunur ki, ötən gecə aksiyalar gecədən xeyli keçənə qədər davam edib. 

Onlarla qara geyimli və maskalı şəxs Rustaveli yaxınlığında, o cümlədən müxalifətin Dəyişiklik Koalisiyasının ofisində insanları döyərək ərazidən uzaqlaşdırıb.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью