Tiflisdə müxalifətin yürüşü başladı

17.11.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Tiflisdə müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq yürüş təşkil edirlər.

Axar.az xəbər verir ki, müxalifət nümayəndələrini və onların tərəfdarlarının bir qismi metronun “Marcanişvili” stansiyasının yaxınlığında, bir qismi “Vake” parkının, bir hissəsi isə Gürcüstan Futbol Federasiyasının binasının yaxınlığında toplaşıb.

Onların hamısı artıq seçkinin nəticələrinə qarşı mitinq elan olunduğu parlament binasına çatmağı planlaşdırır. Müxtəlif universitetlərdən bəzi tələbələr də etirazçılara qoşulmağı planlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью