Tiflisdə parlament önündə kütləvi etiraz davam edir...CANLI YAYIM

25.11.2024

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gecə Rustaveli prospektində toplaşan etirazçılar gecəni parlamentin yaxınlığında keçiriblər.

Moderator.az-ın "Qruziya online" nəşrinə istinadla xəbər verir ki, hazırda mitinq iştirakçıları yalnız Rustaveli prospektində dayanıblar. Qanunvericilik orqanının digər girişlərinə polis səfərbər edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 9 aprel və Çiçinadze küçələrində kordona düzülüblər.

Parlamentin girişlərindən başqa, Daxili İşlər Nazirliyinin xüsusi texnikasının da səfərbər olunduğu Azadlıq meydanına polis qüvvələri də yerləşdirilib.

Məlumat üçün bildirək ki, 11-ci çağırış parlamentin ilk iclasının bu gün saat 12:00-da keçirilməsi nəzərdə tutulub. Etirazçılar seçkinin nəticələrini tanımır və yeni parlamenti qeyri-legitim hesab edirlər. Məhz buna görə də onların məqsədi çoxluq üzvlərinə diskomfort yaratmaqdır.

Ötən gecə etirazçılar Rustaveli prospektində çadırlar qurublar.

Bu anlarda  "AP"-nin Gürcüstan paytaxtından yayımladığı canlı görüntüləri təqdim edirik:

C.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью