Tiflisdə yenə ara qarışdı: Polis gözyaşardıcı qazdan istifadə etməyə başladı

02.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tiflisdə hökumət əleyhinə növbəti mitinq keçirilir.

Globalinfo.az xəbər verir ki, nümayişçilər artıq parlament binasının yerləşdiyi Rustaveli prospektini bağlayıblar.

Onların əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını, habelə hökumətin istefasını tələb edən plakatlar tutublar.

Mitinq başlamazdan əvvəl tələbələr parlament binasına doğru yürüş təşkil ediblər.

Hazırda parlament binası qarşısında polis dəstələri növbə çəkir.

Artıq nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilməyə başlanıb. Etirazçılardan bəziləri parlament binasına yaxınlaşmaq qərarına gəldikdən sonra polis bu qərarı verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью