Tiflisdə yenidən aksiya başladı

08.12.2024

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tiflisdə, Rustaveli prospektində parlament binası önündə hökumətə qarşı yenidən aksiya başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, ərazidə xüsusi təyinatlılar qüvvələr yoxdur, polis isə ali qanunverici orqanın binasını qorumağa davam edir.

Yaxınlıqdakı Yeni il ağaclarından Gürcüstan və Avropa Birliyi bayraqları asılıb.

Eyni zamanda Batumi və Kutaisidə də aksiyaların davam etdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью