“Tiger Forse” birliyinin hərbi cinayətləri Vyetnamda uşaq, qadın, qocaları öldürüblər | Ic…
Icma.az, Azpost portalına istinadən məlumat verir. 1965-ci ildə, Vyetnam müharibəsi dövründə ABŞ vyetnamlılara psixoloji və mənəvi cəhətdən
Ordunun elit kəşfiyyat bölməsi olan birliyin işi Vyetnamın sıx cəngəlliklərində uzunmüddətli kəşfiyyat missiyası daşıyıb.
“Tiger Force”un rəsmi funksiyası bu cür adlansa da, əsl məqsədi tamam fərqli olub.
Birliyin 1967-1968-ci illər arasında vyetnamlı mülki şəxslərə qarşı zorakılıq hərəkətləri illər sonra geniş araşdırma mövzusuna çevrilib.
Bu hərbçilərin hərəkətləri qeyri-döyüşçülərin öldürülməsi, işgəncələrin verilməsi və cəsədlərin parçalanması ilə məhdudlaşmayıb.
ABŞ rəhbərliyi bu yolla Vyetnamın əməliyyatlarını pozmağa, kritik kəşfiyyat məlumatları toplamağa, Vyet Konq və Şimali Vyetnam qüvvələrinə psixoloji təzyiq göstərməyə çalışıb.
Əməliyyatlar və hərbi cinayətlər “Tiger Force”un hərbi missiyaları barədə hesabatlar və araşdırmalar onun Vyetnamdakı əməliyyatlarının müharibə cinayətləri kimi tanınan beynəlxalq hüququn və hərbi normaların ciddi şəkildə pozulmasını ortaya qoyub.
Media tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, bölmə üzvləri döyüşlərdə iştirak etməyən mülki şəxslərin, o cümlədən qadın və uşaqların öldürülməsində iştirak ediblər.
Tam oxu
Xəbəri oxu