Tik tok er Bəniz 11 illik həbs ediləcək? Hökm oxunacaq

14.07.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "tik-tok"er Aybəniz (Bəniz) Xəlilovanın cinayət işi üzrə məhkəmədə dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında  təqsirləndirilən Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər. Növbəti proses 21 iyul saat 17:00-a təyin olunub.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью