Tik Tok fenomeni canlı yayımda öldürüldü

14.05.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Meksikada TikTok fenomeni canlı yayımda güllələnib.


Bakupost xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Meksikanın Zapopan şəhərindəki gözəllik salonunda baş verib.

Belə ki, Meksikada gözəllik və kosmetkalarla bağlı məzmunlar hazırlayan 23 yaşlı sosial media fenomeni Valeria Markes TikTok-da canlı yayımı zamanı silahlı hücum nəticəsində həyatını itirib.

Xalisko əyalət prokurorluğu açıqlamasında Markesin ölümünün qadın qətli protokolları əsasında araşdırıldığını bildirib.

Aygün. Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью