TİKA İordaniyada yeni layihə icra edib FOTO

02.12.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Müdirliyi Zərkə vilayətində İordaniya Ordusu Dil İnstitutunda türk dili kursu açıb.

"Cebheinfo.az" xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İordaniya ordusunda türk dili kursu üçün sinif otağı və kompüter laboratoriyası açıb.

Açılış mərasimi Türkiyənin Əmman səfiri müşaviri Can Mutluer, TİKA İordaniya koordinatoru Əbdürrəhman Soylu və İordaniya ordusunun təlim direktoru briqada generalı Ziyad Nakraşın iştirakı ilə baş tutub.

Bundan əlavə, İordaniyada fəaliyyət göstərən türk qurumlarının nümayəndələri və İordaniya Ordu Dil İnstitutunda çalışan bir çox yüksək rütbəli İordaniyalı əsgərlər açılışda iştirak ediblər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью