Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Bakı metrosunda 2030-cu ilə qədər inşa olunması planlaşdırılan 10 yeni stansiyanın yerlə
Xüsusilə Nizami, Sahil, Xətai və Həzi Aslanov kimi artıq fəaliyyət göstərən stansiyaların yaxınlığında yenilərinin tikilməsi bir çox vətənda
BAKU.WS-in məlumatına görə, bu stansiyalar adi dayanacaqlar deyil, keçid stansiyalarıdır.
Keçid stansiyaları sərnişinlərin metronun bir xəttindən digərinə rahat və təhlükəsiz şəkildə keçməsi üçün nəzərdə tutulur.
Bu tip stansiyalar xətlərin kəsişdiyi və ya bir-birinə yaxın keçdiyi nöqtələrdə, mövcud stansiyalardan tam ayrı konstruksiyada inşa olunur.
Hazırda "Bakı Metropoliteni"ndə 4 keçid stansiyası mövcuddur.
Bunlardan ikisi Memar Əcəmi stansiyasında yerləşir və bənövşəyi xəttlə yaşıl xətt arasında keçidi təmin edir.
Digər iki keçid stansiyası isə 28 May və Cəfər Cabbarlı stansiyalarıdır və qırmızı xəttlə yaşıl xətt arasında sərnişin axınını yönləndirir.