Icma.az bildirir, Manset portalına istinadən. Cənubi Koreyanın Anseonq şəhərində tikilməkdə olan körpü üçüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb.
Körpünün çökmə anı kamera tərəfindən təfərrüatı ilə qeydə alınıb. Hadisədən sonra geniş axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Yaralılardan beşinin vəziyyətinin ağır olduğu, digərinin isə yüngül xəsarət aldığı bildirilir.
Prezident səlahiyyətlərini icra edən Çoi Sanq-mok yaralıların tapılması üçün bütün mövcud şəxsi heyətin və resursların səfərbər edilməsini, eyni zamanda ərazinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.