Tikinti anbarlarında yanğın baş verdi

08.01.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Moskvanın Taqanski rayonunun tikinti anbarlarında ötən axşam yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin paytaxtın baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə şəhərin Pryamikov küçəsində baş verib. Yanğın 50 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə canlı qüvvə və 10 ədəd xüsusi texnika cəlb olunub. 

Hazırda yanğın tamamilə söndürülüb. 

Xəsarət alanlar barədə məlumat verilməyib.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью