Tikinti bazarında durğunluq, ümid martadır Ekspert səbəbləri açıqlayır

28.02.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hazırda tikinti bazarında ciddi dəyişiklik müşahidə olunmur. Açığı, belə bir dəyişikliyin baş verməsi üçün heç bir əsas da yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı 2026-cı ilin yanvar-fevral aylarında tikinti bazarındakı qiymətlərlə bağlı danışarkən deyib. 

Ekspertin sözləruni görə, hazırda tikinti sektoru mövsümi amillərə bağlı olaraq bir o qədər də aktiv deyil:

"Bundan əlavə, hazırda şəhərsalma ilə bağlı müəyyən qərarların qəbulu istiqamətində müzakirələr aparılsa da, ümumilikdə ilin əvvəlində ciddi və nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmayıb”.

Ramil Osmanlı mart ayında tikinti bazarında əhəmiyyətli canlanmanın müşahidə oluna biləcəyini istisna etmir: 

"Əgər bazarda aktivlik artar, müraciətlərin sayı və bazara pul axını çoxalar, tikintinin tempi yüksələr, ümumi tələb artar və makroiqtisadi dəyişikliklər baş verərsə, bu halda qiymət artımı qaçılmaz olacaq”. 


Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью