Tikinti bazarında rəqəmlər dəyişdi Artımlar var...

23.09.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda tikinti şüşəsi istehsalı avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artıb.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) məlumat yayıb. 

Bildirilib ki, bu ilin yanvar-avqust aylarında ölkədə 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır. Toyuqlu pizza

Təkcə avqust ayında isə 789 min kvadratmetr tikinti şüşəsi istehsal olunub. Bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 14,2 faiz çoxdur.

Sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 2 milyon 393 min kvadratmetr hazır tikinti şüşəsi məhsulu ehtiyatı olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 9 milyon 851 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. Bu isə 2024-cü illə müqayisədə 7,3 faiz çoxdur.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью