Tikinti işçilərini daşıyan maşın aşdı Balıkəsirdə qəza

26.01.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Türkiyənin Balıkəsir vilayətində ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayətin Edremit rayonunda tikinti işçilərini daşıyan maşın aşıb. Qəza nəticəsində sürücü və sərnişinlərdən biri həlak olub, bir nəfər isə ağır yaralanıb.

Hadisə Çanaqqala-Balıkəsir avtomobil yolunda baş verib. Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə tibb və jandarma qrupları göndərilib. Həkimlər qəzada 2 nəfərin öldüyünü müəyyən ediblər. Ağır yaralanan 33 yaşlı şəxs isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırma başlayıb.

İsgəndər Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью