Tikinti materiallarının istehsalı 28 faizdən çox artıb

18.03.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Tikinti materiallarının istehsalı sahəsində bu ilin yanvar-fevral aylarında istehsalın ümumi dəyəri 209,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövr ərzində betondan yığma tikinti konstruksiyalarının istehsalı 60,7 faiz, sement klinkerlərinin istehsalı 6,7 faiz, tikinti şüşəsinin istehsalı isə 5,4 faiz artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью