Tikinti sektorunda geriləmə qeydə alınıb

15.06.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7 % artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə olunduğu əsas sahələrdən biri olub.

Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6 % artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib. /Report/

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью