Tikinti sektorunda yeni dələduzluq (Video)

29.09.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Öncə şirkət rəhbərinin adından istifadə edib, məlumatlar toplayırlar.  Ardından isə memarlara hədə-qorxu gəlib, pul tələb edirlər. Son vaxtlar tikinti sektorunda dələduzlar peyda olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu cür faktla qarşılaşanlardan biri memar İlqar Orucovdur.  Deyir ki, dələduzlar onun votsap nömrəsinə müdaxilə edərək, işlədiyi şirkətin rəhbərinin adından ona sms yazaraq, müxtəlif suallar ünvanlayıb, cavab almağa çalışıblar.

Tikinti İstehsalçıları Assosiasiyasının idarə heyətinin sədri Ramiz İsayev deyir ki, müxtəlif şirkətlərdən onlara bu cür məlumatlar daxil olub. şirkətlərin nümayəndələri Bildiriblər ki, dələduzlar rəsmi qurumların adından istifadə edərək, onlara hədə qorxu gəlir.

Ramiz İsayev deyir ki, dələduzlar zəng etməmişdən öncə şirkət rəhbərləri, memarlar barədə sosial şəbəkələrdən və digər platformalardan ətraflı məlumatlar toplayırlar. Assosiasiyası vətəndaşları belə hallarda diqqətli olmağa, şübhəli zəng və mesajlara cavab verməməyə və dələduzluqla bağlı halları hüquq-mühafizə orqanlarına bildirməyə çağırır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью