Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın Mayorka adasında tikinti işləri zamanı əsrlər boyu bağlı qalmış qədim mağara aşkar edilib.
Lent.az xəbər verir ki, bu barədə “The Daily Galaxy” məlumat yayıb.
Mağarada qədim insan qalıqları, saxsı qablar və adada 4 min ildən çox əvvəl yoxa çıxmış məməli heyvanın bütöv kəllə sümüyü tapılıb.
“Cova de Son Fosquet” adlandırılan mağaranın yeraltı keçidlərinin ümumi uzunluğu təxminən 124 metrdir. Burada kiçik yeraltı göl də mövcuddur.
Arxeoloqlar mağaranın XIII əsrdən etibarən əlçatmaz vəziyyətdə qaldığını ehtimal edirlər.
Yerli hakimiyyət orqanları əraziyə yüksək səviyyəli tarixi abidə mühafizəsi statusunun verilməsini planlaşdırırlar.