Tikintidə əlavə dəyər azaldı RƏQƏMLƏR

13.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6% artıb.

ÜDM istehsalının 34,3%-i sənaye, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4%-i tikinti, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə sahələrinin, 20,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8%-i təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 11,1%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 10%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,5%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8%, digər xidmət sahələrində 1,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,1%, sənayedə 0,2% artıb, tikintidə isə 8,7% azalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью