Tikintidə işçilərin təhlükəsizliyi necə təmin oluna bilər?

28.01.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Son dövrlərdə paytaxtın Nizami rayonu və Xırdalan şəhərində yerləşən tikinti sahələrində qaldırıcı qurğularla bağlı baş verən qəzalar nəticəsində bir neçə işçi həyatını itirib. Bu faciəli hadisələr tikinti meydançalarında istifadə olunan həmin avadanlıqların təhlükəsizlik səviyyəsini yenidən müzakirə mövzusuna çevirib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı mühəndis Əsəd Məmmədov bildirib ki, bu cür bədbəxt hadisələrin əsas səbəblərindən biri diqqətsizlikdir. Onun sözlərinə görə, o da dəfələrlə oxşar hallarla rastlaşıb və çox zaman ya fəhlələrin ehtiyatsız davranışı, ya da kranı idarə edən şəxslərin səhvləri qəzalara yol açır.

Təhlükəsizlik üzrə mütəxəssis Elmar Nurəliyev isə qeyd edib ki, qaldırıcı qurğuları idarə edən şəxslər müvafiq sertifikata malik olmalıdırlar. O vurğulayıb ki, bu avadanlıqların istismarı üçün xüsusi icazə tələb olunur və hər hansı texniki nasazlıq yaranarsa, təmir və baxım işləri yalnız ixtisaslaşmış qurumlar tərəfindən həyata keçirilməlidir. 

Asya
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью