Tikintisi davam edən Gəncə stadionunun son vəziyyəti FOTO

08.03.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhər stadionunda tikinti işləri davam edir.
Bizim.Media xəbər verir ki, artıq tikintidə işlərin müəyyən hissəsi görülüb.
Burada 4 növbəti iş sistemi tətbiq olunub. Arenada tikinti işləri 3-cü MDB Oyunlarına qədər yekunlaşacaq. Stadion 15400 tamaşaçı tutumuna malik olacaq.
Qeyd edək ki, 3-cü MDB Oyunları Gəncə və onun ətraf bölgələrində təşkil olunacaq. Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda olacaq.
Şəhərin mərkəzi stadionu 1964-cü ildə istifadəyə verilib. İdman qurğusu zamanla baxımsız vəziyyətə düşdüyündən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən inşa edilir.




Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью