Tikintisinə icazə tələb olunmayan obyektlərin sayı artıb

15.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью