Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

27.01.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı qaydalarda dəyişiklik edilib.

"Unikal"ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək.

Daha əvvəl 3 iş günü müddətində Reyestrə təqdim edilirdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью