TikTok 100 milyon dollar ödəyir Uşaqlar üçün yeni rejim

27.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Musavat.com xəbər verir ki, TikTok Alabama ştatında uşaqları platformadan həddindən artıq istifadəyə təşviq etmək iddiası ilə qaldırılmış məhkəmə işi üzrə razılığa gəlib.

Razılaşmaya əsasən, şirkət iddiaçı tərəfə 100 milyon dollar ödəyəcək və uşaqların TikTok-dan istifadəsinin məhdudlaşdırılması üçün bir sıra tədbirlər həyata keçirəcək.

Yeni qaydalara görə, Alabama ştatında uşaqların TikTok-dan istifadəsi gündə maksimum 2 saatla məhdudlaşdırılacaq. Bundan başqa, gecə saatlarında və dərs vaxtı uşaqların tətbiqə çıxışına məhdudiyyət qoyulacaq.

TikTok həmçinin valideynlərə övladlarının platformadan istifadəsinə daha geniş nəzarət etmək imkanı verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью