Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Çin sosial media platforması TikTok ABŞ-də qadağan edilə bilər.
Ölkə.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ Ali Məhkəməsində TikTok-u bu ölkədə qadağan edən və ya Amerika şirkətinə satılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı işdə tərəflər dinlənilib.
Ali Məhkəmənin hakimləri bu qadağanın ABŞ Konstitusiyasının söz və ifadə azadlığı ilə bağlı Birinci Düzəlişlə uyğun olub-olmaması ilə bağlı şübhələrini dilə gətiriblər.
İclasda çıxış edən baş hakim Con Roberts tətbiqdən istifadə edənlərlə bağlı danışıb: "TikTokdan istifadə edən 170 milyon insan onların bütün məlumatlarını toplayan xarici düşmənin mövcudluğunu qəbul etmir”.
İclasda Baş prokuror Elizabet Preloqar isə ABŞ hökuməti adından danışıb.
O bildirib ki, TikTok illərdir amerikalılar haqqında "ətraflı profillər" yaratmaq üçün çalışır.
Onun sözlərinə görə, tətbiq şantaj və casusluq üçün ciddi alətlər təmin etmək qabiliyyətinə malikdir.
ABŞ mediası yazır ki, Ali Məhkəmədə səsləndirilən fikirlər TikTok-un qadağan ediləcəyi barədə təəssürat yaradır.