TikTok a fantastik cərimə kəsildi

03.04.2025

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İrlandiya Məlumatların Qorunması Komissiyası Çin şirkəti ByteDance-ə aid TikTok xidmətini Avropa İttifaqı (Aİ) istifadəçilərinin məlumatlarını Çinlə paylaşdığı iddiası ilə 500 milyon avro məbləğində cərimələyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat verib.

Məlumata görə, cərimə qərarının aprelin sonuna qədər veriləcəyi gözlənilir. Mümkün sanksiyaların səbəbi, TikTok-un Aİ-nın şəxsi məlumatların qorunması qaydalarını pozduğu ilə bağlı aparılan araşdırmadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью