TikTok a yenilik gəlir səsli not, foto və video...

01.09.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

TikTok sosial platforması mesajlaşma (DM) funksiyasını genişləndirir. Yenilənmə ilə istifadəçilər səsli not, foto və video paylaşa biləcəklər. Bu yeniliklər həm fərdi, həm də qrup söhbətlərində tətbiq olunacaq.

BAKU.WS xəbər verir ki, istifadəçilər birbaşa səs yazaraq 60 saniyəyə qədər səsli mesaj göndərə biləcək və hər mesajda maksimum 9 foto və ya video paylaşa biləcəklər. Daha çox media göndərmək üçün növbəti mesajlardan istifadə etmək mümkündür.

Funksiya hələ aktiv deyil, TikTok yeniləməni növbəti həftələrdə mərhələli şəkildə təqdim edəcək. Mesaj qutusu 16 yaşdan aşağı istifadəçilər üçün bağlı qalacaq, 16-18 yaş arası istifadəçilər üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью