Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“TikTok” istifadəçilərinin məxfiliyini qorumaq üçün bir neçə böyük Amerika şirkətinə məxsus olan ABŞ törəmə şirkətinin yaradıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin mətbuat açıqlamasında bildirilib.
“Bu gün, Prezident Donald Trampın 25 sentyabr 2025-ci il tarixindən etibarən verdiyi sərəncama əsasən, “TikTok USDS” Birgə Müəssisəsi MMC yaradıldı”, - deyə mətbuat açıqlamasında qeyd edilib.
Həmçinin, şirkətin açıqlamasında bildirilib ki, yeni şirkətin məqsədlərinə Amerika istifadəçi məlumatlarının qorunması, alqoritmlərin və proqram təminatlarının təhlükəsizliyinin təmin edilməsi və ABŞ-nin kontent ekosisteminin qorunması daxildir.
Mətbuat açıqlamasına görə, şirkətə üç idarəedici investor daxildir: “Silver Lake”, “Oracle” və MGX.
Onların hər biri 15% paya malikdir. “ByteDance”ın birgə müəssisədəki pay isə 19,9%-dir.
Digər investorlar arasında “Susquehanna”, “Dragoneer”, DFO və “Dell” sədri Maykl Dellin ailə ofisi və digərləri var.
“TikTok USDS”in baş direktoru vəzifəsinə əvvəllər “TikTok” və “Booz Allen Hamilton” şirkətlərində çalışmış Adam Presser təyin edilib. Elan edilən məlumata görə, Direktorlar şurası əsasən amerikalılardan ibarətdir və şuraya “TPG Global”, “Susquehanna International Group”, “Silver Lake”, “DXC Technology”, “Oracle” və MGX şirkətlərinin nümayəndələri də daxildir.
“Sensor Tower” analitik şirkətibə görə, “TikTok” 2021 və 2022-ci illərdə ABŞ-də ən çox yüklənən tətbiq olub.
Hazırda “TikTok”dan təxminən 170 milyon amerikalı istifadə edir ki, bu da ölkə əhalisinin təxminən yarısını təşkil edir.