Tiktok Azərbaycan məktəblərində BLOKLANDI

21.10.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Azərbaycanda məktəblərdə "Tiktok" sosial şəbəkəsinə və 200-dən çox zərərli kontentləri əks etdirən görüntülərə məhdudiyyət qoyulub.

Lent.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda bildirib.

Nazir müavini bu məhdudlaşmanın təkcə məktəblə bitməməli olduğunu deyib:

"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью