Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Son günlər ölkədə “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bundan əlavə də “TikTok”un bağlanıb bağlanmaması ilə bağlı durum da insanlar arasında müzakirə olunur.
Bəzi insanlar “Tiktok”un cəmiyyətimizin əxlaqına mənfi təsir ediyini bildirir.Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.Sosioloq bu cür iddiaları həm doğru, həm də yanlış hesab edir:“Bəzən iddia edirlər ki, sosial şəbəkələr ev dağıdır, seriallar ailə dağılmasına səbəb olur.
Bu cür iddialar həm doğru, həm də yanlışdır. Bəzən sosial şəbəkələrdə mental dəyərləri pozan, ənənələrin ziddinə gedən durumlar var, bu danı
Bəzən də bu, insanların qəbul etmə mexanizmi ilə əlaqədar vəziyyətdir. Məsələn iki nəfər serial izləyir.
Onlar serialdan hərəsi öz əxlaqına, düşüncə tərzinə görə mesaj alacaq.
Bu insanın ziyalılığına, zəkasına, təhsil səviyyəsinə, milli dəyərlərə əhəmiyyət verməsi ilə əlaqəlidir.