Tiktok da canlı yayım açıb onu izləyən şəxsləri söydü 15 sutka həbs edildi

26.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov "TikTok" platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Oxunub 32

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью