Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
TikTok səhifəsindən özünə geyim sifariş edən şəxs dələduzluğun qurbanı olub.
Bu barədə zərərçəkən şəxs Ölkə.Az-ın qaynar xəttinə məlumat verib.
Müştəri iddia edir ki, TikTok-da "Fashion.galleryy14" adlı səhifədən özünə cins kombinezon sifariş edib.
O, məhsul üçün ona göndərilən kart hesabına 30 manat da göndərib. Müştəriyə məhsulun kuryer vasitəsilə çatdırılacağı deyilib.
Alıcı məhsulu götürmək üçün əvvəlcədən sözləşdikləri yerə getsə də, həmin ünvana gələn olmayıb.
Şikayətçi deyir ki, mağazaya aid qeyd edilən nömrə ilə əlaqə yaratmağa çalışsa da, cəhdləri boşa çıxıb.
Ölkə.Az məsələni araşdırmaq üçün mağazaya məxsus nömrə ilə əlaqə saxlamağa çalışıb. Əvvəlcə nömrənin zəngləri qəbul etmədiyi üzə çıxdı.