TikTok da ən çox izləyicisi olan bloqer ABŞ də saxlanıldı

08.06.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti tiktoker Xabi Leymi viza qaydalarını pozması səbəbindən Las-Veqas aeroportunda saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

AFP-nin ABŞ-nin immiqrasiya orqanlarının sənədlərinə istinadən verdiyi məlumata görə, tiktoker Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa müddət saxlandıqdan sonra ona könüllü olaraq ABŞ ərazisini tərk etməyə icazə verilib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsinin məlumatına görə, italiyalı bloqer Xabi Leym izləyicilərin sayına görə tətbiqdə birinci yerdədir. Onun 162 milyondan çox izləyicisi var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью