TikTok da insanları təhqir edən təcili yardım sürücüsü işdən çıxarıldı

26.06.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakıdakı təcili yardım avtomobillərindən birinin sürücüsü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirmişdi.

"Unikal"ın əldə etdiyi məlumata görə, K.Rəşidzadə artıq işdən çıxarılıb.

Xatırladaq ki, o, bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşdıqdan bir müddət sonra onları silib.

Murad İbrahimli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью