TikTok da “Kiprik kəsmə trendi” | Icma.az
Icma.az, News24 saytına istinadən bildirir. Sosial media platforması TikTok-da yayılan trendlərə bir yenisi daha əlavə olundu.
Bir bərbərin paylaşdığı görüntülərlə yayılıb trend halına gələn “kişilərdə kiprik kəsmə” tendensiyası dünya gündəminə də düşüb.News24.az Sherg.az-a istinadla xəbər verir ki, hətta İngiltərənin “The Times” qəzeti də bu trendi gündəmə gətirib.
Makas və ya üz qırxma alətləri kimi kəsici vasitələrlə kəsilən kipriklər, estetik baxımdan kişilər arasında populyarlaşmağa başlayıb.
Kişilər daha maskulin (kişiyəxas) görünmək üçün kipriklərini kəsir və bu trendi dəstəkləyirlər.
Lakin sosial mediada sürətlə yayılan bu görüntülər göründüyü qədər zərərsiz deyil.
Çünki sadəcə estetik məqsədlə edilən bu trend göz sağlamlığı üçün ciddi təhlükə yaradır.Tükiyədə göz xəstəlikləri üzrə mütəxəssis Op. Dr.
Metin Süleymanzadə, bu trendin göz infeksiyalarına və hətta qalıcı göz zədələrinə səbəb ola biləcəyinə diqqət çəkib.Dr.
Süleymanzadə sözlərinə belə davam edir:“Gözümüzü xarici təsirlərdən qoruyan ən vacib strukturlardan biri göz qapağı, digəri isə kipriklərimizdir.
Tam oxu
Xəbəri oxu