Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Tik-Tok” sosial şəbəkəsində əxlaqsız video və fotolar paylaşan Hafiz Xəyyam oğlu Paşayev həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Hafiz Paşayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Hafiz Paşayevin barəsində fevralın 16-da Masallı rayon polis şöbəsinə müraciət olunub.
Müəyyən edilib ki, o, Tik-tok” sosial şəbəkəsində istifadəçilərin foto və şəkillərin fonunda nalayiq səslər paylaşıb.
Onun barəsində araşdırma başlanıb. Hafiz Paşayev həmin gün saat 15 radələrində polis şöbəsinin təhqiqat bölməsinin xidməti otağında olduğu v
O, otaqda olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb. İş üzrə izahat verən Hafiz Paşayev özünü təqsirli bilib.
Bildirib ki, söyüşlə bağlı olmayan paylaşımlar edib, xanımların foto-şəkillərin yayıb: "Özümə məxsus 5 saxta sosial şəbəkə profillərindən, tanımadığım təxmini 100 xanımın şəkillərini paylaşmışam.