TikTok da quzu satan TUTULDU

21.09.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkədə quzu satışı adı ilə dələduzluq edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” sosial şəbəkəsində quzu satışı ilə bağlı elanlar yerləşdirib.

O.Həsənov elanla bağlı müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

Araşdırma davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью