“TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib

25.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.

APA xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

İstintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью